Xəbər axtarın

Son axtarış nəticələri:

"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı

13.07.2026 17:36

"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı

Müğənni Haluk Levent barəsində səsləndirilən iddialarla bağlı yeni açıqlama verib.

Primeinfo.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək saxlanılmazdan əvvəl daxili işlər nazirinin müavini Bülent Turana hər gün mesaj göndərdiyini bildirib.

Levent şəxsi borc-alacaq məsələlərinin rəhbərlik etdiyi AHBAP dərnəyi ilə əlaqələndirilməsinə etiraz edərək bunları yazıb:

“Şəxsi borc-alacaq münasibətlərimi AHBAP-la əlaqələndirməyin. Zaman hər şeyi göstərəcək. Bu qarışıqlıq içində həqiqəti üzə çıxarmaq çətin və zaman alacaq, amma nəticədə haqlı olduğumuz təsdiqlənəcək”.

Müğənni paylaşımında yaxın vaxtlarda daha ətraflı açıqlamalar verəcəyini də vurğulayıb:

“Əsl bombanı gözləyin. Yaxında edəcəyim açıqlamalarda bu prosesin necə başladığını öyrənəcək və təəccüblənəcəksiniz”.

Qeyd edək ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində Haluk Levent barəsində saxlanılma qərarı verilib. İddia olunur ki, Haluk 2020–2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (təxminən 36 milyon manat) məbləğində qumar oynayıb və həmin pulun 390 milyon lirəsini (təxminən 14 milyon manat) itirib.

Qeyd edək ki, bundan əvvəl “Ahbap” dərnəyinin sədri, tanınmış müğənni Haluk Leventə aid olduğu deyilən yazışmalar üzə çıxıb. 

Türkiyə mətbuatının xəbərinə görə, köməkçisi Yeliz Kayayla olan mesajlarda bəzi şəxslərə onun “mədə xərçənginə tutulduğu və pul axtardığı” barədə məlumat yaymağı tapşırdığı iddia olunur.

Yazışmalarda Haluk Leventin köməkçisi Yeliz Kayadan ona ağlayaraq səsli mesaj göndərməsini istədiyi də görünür.

Bundan başqa, “Ahbap” dərnəyinin əməkdaşları Emrah Gödeliner, Zafer Yay və Yeliz Kayanın adına açılmış IBAN hesablarından dərnəyin sədri Haluk Leventin istifadə etdiyi iddia edilir.

Məlumatlara görə, müğənninin 2020–2026-cı illər ərzində dərnəyin təsisçilərindən A.Ç.-yə məxsus olduğu bildirilən hesablar vasitəsilə ümumilikdə 990 milyon lirə məbləğində mərc oynadığı iddiası da istintaq materiallarında yer alıb. Həmin iddiaya əsasən, bu əməliyyatlar nəticəsində təxminən 390 milyon lirə zərər yaranıb.

Hazırda bununla bağlı məhkəmə prosesi davam edir və hələlik yekun qərar yoxdur.

İstintaq materiallarına daxil edilmiş maliyyə araşdırmalarında, “Ahbap” Dərnəyinin hesablarından Yeliz Kayanın hesabına ümumilikdə 120 milyon lirə köçürüldüyü deyilir.

 

View this post on Instagram

 

Paylaş: