Slovakiya Prezidenti Peter Pelleqrini Bakıdakı sevimli piyada marşrutlarından birinin adını çəkib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, o, “AnewZ” telekanalına müsahibəsində bildirib ki, Bakıda tarix və müasirlik arasındakı sinerji onun xoşuna gəlir: “Hər dəfə mən Bakıya gələndə yeni bir şey görürəm. Lakin yeni binalara baxmayaraq, siz hələ də köhnə şəhəri yaxşı vəziyyətdə qoruyub saxlayırsınız.
Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 15-də Şəhidlər xiyabanını ziyarət edib. Primeinfo.az xəbər verir ki, ali qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Slovakiya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüşdən video paylaşılıb. Primeinfo.az həmin kadrları təqdim edir: Azərbaycan və Slovakiya prezidentləri Şuşada pic.twitter.com/H8tyk51P3H — İlham Əliyev (@azpresident) July 14, 2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. Primeinfo.az xəbər verir ki, geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub. [gallery ids="90808,90807,90806,90805,90804,90803,90802,90801,90800,90799"]
Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağımdan çox məmnunam. Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq…
Azərbaycan və Slovakiya arasında əməkdaşlıq boş bəyanatlar deyil, bu əlaqələr konkret layihələrə çevrilir. Primeinfo.az xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Prezident İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib. “Mən əvvəlki müxtəlif vəzifələrdə işləyən zaman Azərbaycanda səfərdə olmuşam.
İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.
Slovakiya Prezidenti Peter Pelleqrini iyul ayında Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında bildirib.