
Paytaxtın Bilgəh qəsəbəsi, Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.
Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət səbəbindən 14–16 iyul tarixlərində 172 nömrəli müntəzəm marşrutun hərəkəti Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) – Bilgəh–Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil edilir.