Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyadan Odessaya raket zərbəsi: Ölənlər və yaralananlar var - FOTO

15.07.2026 11:58

Rusiyadan Odessaya raket zərbəsi: Ölənlər və yaralananlar var - FOTO

Bu gün səhər Rusiya ordusu Odessaya raket zərbəsi endirib. Hücum nəticəsində ölənlər və yaralananlar var, həmçinin yaşayış binalarına ziyan dəyib.

Primeinfo.az bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Lısaka istinadla xəbər verir.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərə yenidən hücum edib. Hazırda raket zərbəsi nəticəsində üç nəfərin öldüyü məlumdur, daha üç sakin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və həkimlər onların vəziyyətini orta qiymətləndirirlər.

Qeyd olunub ki, səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələri Qara dənizdə Odessaya doğru irəliləyən yüksəksürətli hədəflər barədə xəbərdarlıq edib.

Bir neçə dəqiqə sonra hərbçilər raketlərin şəhərə doğru uçduğunu təsdiqləyiblər.

Xatırladaq ki, 14 iyul axşamı da Rusiya qüvvələri Odessaya hücum edib, şəhər infrastrukturuna zərbələr endirib və müəssisələrdən birinin ərazisinə ziyan vurub.

Rusiyadan Odessaya raket zərbəsi: Ölənlər və yaralananlar var - FOTO Rusiyadan Odessaya raket zərbəsi: Ölənlər və yaralananlar var - FOTO Rusiyadan Odessaya raket zərbəsi: Ölənlər və yaralananlar var - FOTO Rusiyadan Odessaya raket zərbəsi: Ölənlər və yaralananlar var - FOTO

Paylaş: