
Məhəmməd Xiyabani küçəsindən (Yasamal yaşayış massivi) metronun “İçərişəhər” stansiyası istiqamətində sərnişin axını nəzərə alınaraq 39 saylı marşrutun iyulun 15-dən hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsinə (Nizami bağı) təşkil ediləcək.
Primeinfo.az xəbər verir ki, 39 saylı marşrut üzrə avtobuslar dəyişdirilərək yalnız CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.
Gedişhaqqı 60 qəpik təşkil edəcək.