Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya bataqlığa girib - ŞOK GƏLİŞMƏ - VİDEO

14.07.2026 13:42

Rusiya bataqlığa girib - ŞOK GƏLİŞMƏ - VİDEO

“Hazırda bir neçə günə Ukraynanı almağı planlaşdıran Rusiya rəhbərliyi böyük bir bataqlığa girib. Könüllülərin toplanması, muzdluların bu prosesə cəlb olunması onu göstərir ki, Vladimir Putin qalib gəlmək üçün bütün addımları atmağa çalışır. Lakin bu addımların effekt verəcəyi ilə bağlı çox böyük şübhələr var”.

Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, Rusiyada müharibədə döyüşmək üçün “könüllü” müqaviləlilərin toplanma sxemi açıqlanıb.
Sxemi “Dojd” telekanalı əldə etdiyi rəsmi sənədlər əsasında yayıb. Bildirilir ki, Rusiyadakı regional hakimiyyət orqanları müəssisələrdən Ukraynaya qarşı müharibə üçün personal təmin etmələrini tələb edir. Şirkətlər bunu etmək istəmirlərsə, əvəzində pul ödəmələri istənilir.

Davamı “Qırmızı masa”da:

Paylaş: