Pakistan 2027-ci ilə qədər nəzərdə tutulan Qətər və İtaliyadan 45 partiya maye qaz alışı üzrə razılaşmanı ləğv edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Daily Pakistan Online” “Geo News”a istinadən məlumat yayıb. Bildirilib ki, Pakistan Qətərdən 24, İtaliyadan isə 21 partiya maye qaz alışından imtina edib.
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə foruma qatılacaqlar. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb. Məlumata görə, hər iki rəsmi “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı panel müzakirələrində iştirak edəcək.
Dohada Azərbaycan və Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan İkinci Dünya Sosial İnkişaf Sammitində iştirak etmək üçün Qətərə səfər edib. Primeinfo.az Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, tədbir 4-6 noyabr tarixlərində Dohada keçiriləcək. BMT-nin ev sahibliyi etdiyi sammitin məqsədi 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağı sürətləndirmək üçün yoxsulluq, bərabərsizlik və sosial təcridlə mübarizə aparmaq, layiqli əməyi təşviq etmək və sosial ədaləti gücləndirmək üçün beynəlxalq səyləri stimullaşdırmaqdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə ərəb liderinin ofisinin saytı məlumat yayıb. Görüş zamanı tərəflər müdafiə, investisiya və enerji sahələrində əməkdaşlığı müzakirə ediblər, habelə Qəzza zolağındakı vəziyyətə də toxunublar.
Amerikalı məşhur müğənni Beyons həyat yoldaşı reper Cey-Z ilə birgə Qətərə səfər edib. Primeinfo.az xəbər verir ki, ticarət mərkəzlərindən birində kameralara tuş gələn müğənni qara rəngli hicabı ilə diqqət çəkib. Onun gözündə isə qara rəngli eynək olub.