Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkmənistan

Türkmənistan Prezidenti Gürcüstana gedəcək

Türkmənistan Prezidenti Gürcüstana gedəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sabah Gürcüstana rəsmi səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Prezident Administrasiyasının mətbuat xidməti yayıb. Səfər çərçivəsində Sərdar Berdiməhəmmədov gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə təkbətək görüş keçirəcək.

Azərbaycan beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşını ekstradisiya edib

Azərbaycan beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşını ekstradisiya edib

Azərbaycan beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşını ekstradisiya edib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Türkmənistan vətəndaşı 1979-cu il təvəllüdlü Başımov Dovletgeldi Nursaxedoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Türkmənistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Türkiyə Prezidenti Türkmənistanda - FOTO

Türkiyə Prezidenti Türkmənistanda - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunda iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabada səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. Ərdoğan səfər çərçivəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir - FOTO

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir - FOTO

  Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğan bu tarixdə Türkmənistana gedəcək

Ərdoğan bu tarixdə Türkmənistana gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq Sülh və Güvən Forumu”nda iştirak etmək üçün 11-12 dekabr tarixlərində Türkmənistana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial media hesabında yazıb. “Prezidentimiz “Beynəlxalq Sülh və Güvən Forumu”nda çıxış edəcək.

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda - FOTO

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda - FOTO

Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak edib. Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar.

Leyla Əliyeva Avazada uşaqlar üçün xeyriyyə fondunun açılışında - FOTO

Leyla Əliyeva Avazada uşaqlar üçün xeyriyyə fondunun açılışında - FOTO

Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub. Primeinfo.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər. Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb.