Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkmənistan

Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib - FOTO

Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı şəhərində “Galkynysh” Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib. Primeinfo.az xəbər verir ki, Türkmənistanın qədim atçılıq ənənələrini, milli mədəniyyətini və folklorunu qoruyan “Galkynysh” Milli At Oyunları Qrupu çıxışı zamanı qonaqlara zəngin mədəni irsi nümayiş etdirib. Nümayişdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub.

Sərdar Berdiməhəmmədov Qazaxıstana gedəcək

Sərdar Berdiməhəmmədov Qazaxıstana gedəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Astanaya səfər edəcək. Primeinfo.az “tengrinews”a istinadən xəbər verir ki, səfər 24-25 noyabr tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq.

Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova məktub göndərib

Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova məktub göndərib

Füzuli şəhərinin bir qrup sakini Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Azərbaycan və türkmən xalqları arasında əsrlər boyu formalaşmış dərin tarixi, mədəni, etnik, dil və dini bağlar iki qardaş ölkə arasındakı münasibətlərin etibarlı təməlini təşkil edir. Bu möhkəm təməllər üzərində qurulan dostluq və qardaşlıq münasibətlərimiz Zati-alilərinizin humanitar təşəbbüsləri ilə daha da dərinləşmişdir.

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana dəvət edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana dəvət edib

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət edib. Primeinfo.az məlumatına görə, bu barədə Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı təbrikində deyilir. “Hörmətli İlham Heydər oğlu, sizi dost və qardaş kimi gələn il Türkmənistanda baş tutacaq Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə gözləyirik”, – təbrikdə deyilir.

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın Bakıdakı səfiri Qurbanməmmet Elyasovla görüşüb. Primeinfo.az Türkmənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətləri müzakirə edilib.

Bu türk ölkəsinin rəsmiləri Ermənistandadır

Bu türk ölkəsinin rəsmiləri Ermənistandadır

Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Amangəldi Qəndimovun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Mərkəzi Seçki Komissiyasında olub. Primeinfo.az xəbər verir ki, Türkmənistan nümayəndələri burada Ermənistan MSK-nın sədri Vaaqn Hovakimyanla görüşüblər. Qonaqlara Ermənistanın seçki sisteminin xüsusiyyətləri və qanunvericiliyi barədə məlumat verilib.

Bakıda tutulan QHT sədri Türkmənbaşının yaxasına da saxta “Dədə Qorqud” ordeni asıbmış - FOTO  

Bakıda tutulan QHT sədri Türkmənbaşının yaxasına da saxta “Dədə Qorqud” ordeni asıbmış - FOTO  

Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovu da təltif edibmiş. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, pafos fontanı ilə müşayiət olunan təltifetmə 3 il öncə Türkmənistanın 1 nömrəli sarayında yaşanıb. Təltifetmə mərasiminin videolarından görünür ki, Eldar İsmayılov Xəzərin o tayına tək getməyibmiş, yanında Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev də varmış.

Qurbanqulu Berdiməhəmmədov adına Fond Füzulidə məscidin inşasını maliyyələşdirəcək

Qurbanqulu Berdiməhəmmədov adına Fond Füzulidə məscidin inşasını maliyyələşdirəcək

Qurbanqulu Berdiməhəmmədov adına himayəyə ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə fondu Füzuli şəhərində məscidin layihələndirilməsi və tikintisini maliyyələşdirəcək. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan KİV-ləri bildirib. Türkmənistanın özəl “Aga-gurluşyk” şirkəti ilə müvafiq müqavilə imzalanıb.