Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan məhkəməyə VERİLDİ

15.07.2026 19:34

Paşinyan məhkəməyə VERİLDİ

Ermənistan parlamentinin hakim “Mənim Addımım” fraksiyasından sabiq deputatı Sofiya Ovsepyan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Datalex məhkəmə informasiya sistemində yer alan məlumatda bildirilir.

İş materiallarına əsasən, Ovsepyan onun şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirdiyini hesab etdiyi məlumatların Paşinyan tərəfindən ictimai şəkildə təkzib olunmasını tələb edir.

Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan özü Sofiya Ovsepyana qarşı məhkəmə iddiası qaldırmışdı. Baş nazir Ovsepyanın parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlərin təkzib edilməsini, ictimai üzr istəməsini və 6 milyon dram məbləğində təzminat ödəməsini tələb etmişdi.

Paylaş: