
Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gələcək.
Primeinfo.az QOL.az-a istinadən xəbər verir ki, İngiltərə “Atlanta Stadium”da son çempion Argentina ilə qarşılaşacaq.
Maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu cütün qalibi isə finalda İspaniyaya rəqib olacaq.
Dünya çempiontları tarixində İngiltərə 1 (1966-cı il), Argentina isə 3 dəfə (1978, 1986, 2022-ci illər) qalib olmağı bacarıb. Ümumilikdə İngiltərə 2, Argentina 6 dəfə finalda qüvvəsini sınayıb.
Qeyd edək ki, final oyunu iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
DÇ-2026, yarımfinal
15 iyul
23:00. İngiltərə – Argentina
14 iyul
Fransa – İspaniya – 0:2