Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək, finala çıxdı - VİDEO - YENİLƏNİB 

16.07.2026 01:05

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək, finala çıxdı - VİDEO - YENİLƏNİB 

Futbol üzrə dünya çempionatının İngiltərə-Argentina oyunu başlayıb.

Primeinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

23:00

Matçın ilk hissəsində hesab açılmayıb: 0:0.

İkinci hissədə İngiltərə hesabı açıb. 55-ci dəqiqədə Antoni Qordon fərqlənib: 1:0.

85-ci dəqiqədə hesab bərabərləşib. Argentinanın heyətində Enzo Fernandez dəqiq oynayıb: 1:1.

Oyunun 92-ci dəqiqəsində Argentina millisi geridönüş edərək hesabda önə keçib. 90+2-ci dəqiqədə Lautaro Martinez fərqlənib: 2:1.

Matç 2:1 hesabı ilə başa çatıb və cənubi amerikalılar finala yüksəlib. Argentina finalda İspaniya millisi ilə üz-üzə gələcək.

İngiltərə isə Fransa ilə üçüncü yer uğrunda matçda qüvvəsini sınayacaq.

DÇ-2026

Yarımfinal

23:00. İngiltərə – Argentina 1:2

Qol: A. Qordon, 55, E. Fernandez, 85, L. Martinez, 90+

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edib.

İngiltərə: Pickford, R. Ceyms, Stounz, Gexi, Spens, Rays, Elliot Anderson, Rocers, Bellinqem, Entoni Qordon, Harri Keyn.

Argentina: Emiliano Martines, Naul Taqliafiko, Lisandro Martines, Kristian Romero, Nahuel Molina, Enso Fernandes, Aleksis Mak Allister, Leandro Paredes, Covanni Simeone, Xulian Alvares, Lionel Messi.

Xatırladaq ki, ötən gün baş tutan İspaniya-Fransa matçında İspaniya 2:0 hesablı qələbə ilə finala yüksəlib.

Bugünkü görüşün qalibi Argentina İspaniya millisi ilə qarşılaşacaq, İngiltərə isə üçüncülük uğrunda Fransaya rəqib olacaq.

Paylaş: