
ABŞ-nin İranın İranşəhr bölgəsinə hücumlarında 7 hərbçi ölüb.
Primeinfo.az-ın xəbərinə görə, bu barədə İran ordusu məlumat yayıb.
Bildirilib ki, ABŞ ordusu 13 raketlə gecə vaxtı hərbi hissəyə, hərbi hissənin yataqxanasına və digər bölgələrə zərbə endirib.
Yaralıların olduğu qeyd olunsa da, onların dəqiq sayı açıqlanmayıb.