Xəbər axtarın

Son axtarış nəticələri:

Sabirabadın bəzi ərazilərində qaz olmayacaq

15.07.2026 21:26

Sabirabadın bəzi ərazilərində qaz olmayacaq

Sabah Sabirabadın bəzi hissələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Primeinfo.az-a Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Sabirabad şəhərinin bir neçə küçəsinin və rayonun Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Qalaqayın, Yuxarı Axtaçı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş: