Xəbər axtarın

Son axtarış nəticələri:

ÜST: "Tehranda xəstəxana təxliyə edilib"

02.03.2026 18:02

İranın paytaxtında bir xəstəxana yaxınlıqdakı partlayışlar səbəbindən təxliyə edilib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

ÜST-un sözcüsü Tehran şəhərindəki Qandi Xəstəxanası ilə əlaqədar bildirib ki, yaxınlıqdakı partlayışlar səbəbindən xəstəxanaya zərər gəldiyi üçün xəstələr təxliyə ediblər.

Bildirilir ki, təşkilat hazırda 28 fevralda ABŞ-İsrailin İrana hava hücumlarına başlamasından bəri ölkədə üç digər tibb müəssisəsinin hədəf alındığına dair məlumatları yoxlamağa çalışır.

Paylaş: