Xəbər axtarın

Son axtarış nəticələri:

Zelenski İran haqda kəşfiyyat məlumatını AÇIQLADI

11.03.2026 12:23

“İran ilə Rusiya arasında pilotsuz uçuş aparatlarının istehsalı sahəsindəki əməkdaşlıq ciddi narahatlıq doğurur”.

Primeinfo.az Globalinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, bu, dünyanın buna hazır olmadığı bir vəziyyətdə genişmiqyaslı müharibəyə səbəb ola bilər:

“Müharibənin ilkin mərhələlərində Rusiya, İran tərəfindən təmin edilən dronları Ukraynaya qarşı aktiv şəkildə tətbiq edib. Hazırda İran eyni texnologiyalardan Yaxın Şərqdəki konfliktlərdə istifadə edir və ABŞ-ın hərbi obyektlərinə hücumlar təşkil edir”.

Zelenski əlavə edib ki, Ukrayna kəşfiyyatı “Şahed” dronlarında Rusiya istehsalı komponentlərin mövcudluğunu qeydə alıb.

Paylaş: