Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX)

İlin 7 ayında əvvəlki işinə bərpa edilən şəxslərin sayı AÇIQLANDI  

İlin 7 ayında əvvəlki işinə bərpa edilən şəxslərin sayı AÇIQLANDI  

  İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456 049 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdikdə işçi əsas iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər. Əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır. Bu barədə Primeinfo.az -a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

İşəgötürənlər isti havada hansı tələblərə əməl etməlidirlər? - QAYDALAR

İşəgötürənlər isti havada hansı tələblərə əməl etməlidirlər? - QAYDALAR

Cari ilin yay mövsümü ərzində isti hava şəraiti ilə əlaqədar işçinin səhhətinin pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə 1 məlumat daxil olub və həmin məlumat əsasında hazırda araşdırma aparılır. Primeinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ilin isti dövründə əmək qanunvericiliyinin bu sahədə müəyyən etdiyi tələblər və həmin tələblərə əməl olunmasının vacibliyi barədə işəgötürənlər və işçilər media, xidmətin rəsmi internet səhifəsi, sosial media hesabları, eləcə də maarifləndirici seminar və təlimlər vasitəsilə mütəmadi olaraq məlumatlandırılırlar.

22 375 işçinin müraciəti araşdırılıb - DƏMX

22 375 işçinin müraciəti araşdırılıb - DƏMX

Yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) daxil olan 22 375 müraciət müvafiq qaydada cavablandırılıb.  Primeinfo.az-a bu barədə DƏMX-dən məlumat verilib. Bildirilib ki, onlardan 10 995-i əmək hüquqlarının pozulmasına dair müraciət, 11 380-i isə sorğu və məktubdur.

Əmək müqaviləsi ilə çalışmağın verdiyi HÜQUQLAR

Əmək müqaviləsi ilə çalışmağın verdiyi HÜQUQLAR

Əmək müqaviləsi üzrə çalışmaq işçiyə bir sıra hüquqlar verir. Belə ki, o, bununla məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrdən icbari sığorta olunmaq, sosial müdafiə üzrə təminatlardan istifadə etmək hüquqları qazanır. Bu barədə Primeinfo.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Gecikdirilmiş 378,3 min manat işçilərə ödənilib - DƏMX

Gecikdirilmiş 378,3 min manat işçilərə ödənilib - DƏMX

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 378,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Primeinfo.az-a DƏMX-dən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 93 %-i əməkhaqqı, 7 %-i isə müavinət və kompensasiya, zərərə görə ödənclər olub.

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, ona Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaq şərti ilə orta əməkhaqqı da ödənilir. Primeinfo.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, sonuncu əməkhaqqı dedikdə, işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əməkhaqqı nəzərdə tutulur.

Gecikdirilmiş 108 min manatdan çox pul işçilərə ödənilib - DƏMX

Gecikdirilmiş 108 min manatdan çox pul işçilərə ödənilib - DƏMX

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2026-cı ilin yanvar-fevral ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 108 312 manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Primeinfo.az-a bu barədə DƏMX-dən məlumat verilib. Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinə 2 ayda 2 642 müraciət daxil olub

Dövlət Əmək Müfəttişliyi Xidmətinə 2 ayda 2 642 müraciət daxil olub

Yanvar -fevral ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 2 642 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb. Primeinfo.az xəbər verir ki, Xidmət tərəfindən 4 103 sorğu və məktub cavablandırılıb. Dövr ərzində Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən 2 517 vətəndaş fərdi qaydada qəbul edilb.

DƏMX-də Harvard Universitetinin nümayəndələri ilə görüş olub - FOTO

DƏMX-də Harvard Universitetinin nümayəndələri ilə görüş olub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində ölkəmizdə səfərdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (Growth Lab) nümayəndələri ilə görüş keçirilib. Primeinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə son illər həyata keçirilmiş sosial islahatlara dair məlumat verib. Əmək münasibətlərinin elektronlaşdırılması sahəsində əldə olunmuş nailiyyətlər, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri diqqətə çatdırılıb.