
Yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) daxil olan 22 375 müraciət müvafiq qaydada cavablandırılıb.
Primeinfo.az-a bu barədə DƏMX-dən məlumat verilib.
Bildirilib ki, onlardan 10 995-i əmək hüquqlarının pozulmasına dair müraciət, 11 380-i isə sorğu və məktubdur.
Bundan əlavə, Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 5 959 nəfər olub.
Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub.
Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.