Yanvar ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) daxil olan 1 234 ərizə müvafiq qaydada araşdırılıb. Primeinfo.az-a bu barədə DƏMX-dən məlumat verilib. Bildirilib ki, bununla yanaşı Xidmət tərəfindən 2 008 sorğu və məktub cavablandırılıb.
“2025-ci ildə vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində 6 897 halda əmək qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb. Fiziki, vəzifəli və hüquqi şəxslər barəsində 10 622 550 AZN məbləğində inzibati cərimə tətbiq edilib”. Primeinfo.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusunda maarifləndirici təlim təşkil olunub. Primeinfo.az xəbər verir ki, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə bir müəssisənin 17 əməkdaşı iştirak edib. Təlim çərçivəsində mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. Yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmək məzuniyyətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün 42 təqvim günündən, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 35 təqvim günündən) az daxil edilməsi texniki baxımdan mümkün olmur.