
Fransa prezidenti Emmanuel Makron Amerika lideri Donald Trampın digər ölkələrin Hörmüz boğazını açmaq üçün hərbi gücdən istifadə etməsi çağırışına sərt reaksiya verib.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Makron jurnalistlərə açıqlamasında Hörmüz boğazını hərbi əməliyyat yolu ilə zorla azad etmək ideyasının reallıqla uzlaşmadığını bildirib.
“Boğazdan kommersiya gəmilərinin təhlükəsiz keçməsi üçün atəşkəs və İranla danışıqların yenidən başlaması tələb olunacaq. Ticarət gəmilərini hərbi qüvvələr təskinlik missiyasının bir hissəsi kimi müşayiət edə bilər. Trampın dəstək tələbinə gəldikdə, Fransa ABŞ və İsrailin İrana qarşı münaqişəsində iştirak etməyəcək. Ciddi olmaq istəyəndə hər gün əvvəl dediklərimizin əksini söyləmirik”, – deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Traamp televiziya çıxışında müttəfiqlərini İran müharibəsi ilə bağlı onu dəstəkləmədiklərinə görə tənqid edib və onları boğazı açmağa çağırıb.