
“İran Vaşinqtonla müzakirə olunan saziş çərçivəsində həm nüvə silahı hazırlamaqdan, həm də onu əldə etməkdən imtina etməyə razılaşıb”.
Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, ilkin mərhələdə yalnız nüvə silahının hazırlanmasından imtina nəzərdə tutulurdu:
“Sonradan sənədə nüvə silahının alınmasından da imtina ilə bağlı müddəa əlavə olunub. Tərəflər sazişin imzalanmasına artıq kifayət qədər yaxındırlar”.