
“Avropanın bu gün Türkiyəyə ehtiyacı böyükdür”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” platformasında deyib.
O, Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən NATO-nun 36-cı Sammitini, ABŞ-Türkiyə münasibətlərini və digər məsələləri şərh edib.
“Amerika Avropanın hərbi xərclərinin artırılması istiqamətində öz istəklərini reallaşdırdıqdan sonra sanki bütün ölkələr yarışa girdilər. Artıq Avropa ölkələri öz sənayelərini qururlar, hərbi məhsullar istehsal edirlər və s. Tramp onları elə silkələdi ki, onlar “qəflət yuxusu”ndan ayıldılar. Yuxudan ayılanda isə gördülər ki, heç neyləri yoxdur. Amma bu illər ərzində Türkiyə özünə güclü hərbi sənaye qurdu. Türkiyə ABŞ-nin tam döyüş qabiliyyətinə malik olan beşinci nəsil təyyarələri səviyyəsində təyyarə istehsal edəcək qədər yol keçdi”.
Davamı “Qırmızı masa”da: