Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Zaporojye, Sumı və Dnepropetrovskə ZƏRBƏLƏR ENDİRİB: ölən və yaralananlar var

27.07.2026 10:16

Rusiya Zaporojye, Sumı və Dnepropetrovskə ZƏRBƏLƏR ENDİRİB: ölən və yaralananlar var

Rusiyanın gecə və səhər saatlarında Ukraynanın Zaporojye, Sumı və Dnepropetrovsk vilayətlərinə endirdiyi kütləvi zərbələr nəticəsində 1 nəfər həlak olub, ən azı 7 nəfər yaralanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir.

Rusiyanın Zaporojyeyə idarəolunan aviabomba ilə endirdiyi zərbə nəticəsində fərdi yaşayış evi dağılıb, 67 yaşlı kişi həlak olub. Xilasedicilər dağıntılar altından 22 yaşlı gənci sağ çıxarıblar, rəsmilərin məlumatına görə, onun həyatı üçün heç bir təhlükə yoxdur.

Bundan başqa, çoxmənzilli binaya dron zərbəsi nəticəsində 53 yaşlı qadın və 52 yaşlı kişi yaralanıb.

Rusiya qoşunları Sumı icmasının ərazisinə də idarəolunan aviabombalarla ən azı yeddi zərbə endirib. Beş dinc sakin xəsarət alıb. Fərdi evlər, infrastruktur obyektləri və nəqliyyat vasitələrinə ziyan dəyib.

Dnepropetrovsk vilayətinə endirilən zərbələr nəticəsində Dnepr şəhərində fərdi evlərdən birinin ərazisində yanğın baş verib. Partlayış dalğası nəticəsində bir neçə çoxmərtəbəli binanın pəncərələri, avtomobillər və mağaza zədələnib. Vilayət rəsmilərinin məlumatına görə, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsus 15 pilotsuz uçuş aparatını vurub.

Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

Paylaş: