
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının şimal hissəsinə zərbə endirib və doqquz israilli girovun saxlanılmasında əli olan HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Qabain öldürülüb.
Primeinfo.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidmətinin bəyanatında deyilir.
Ordunun məlumatına görə, Qabain 2023-cü ilin oktyabrında qaçırılmış doqquz israillinin Qəzza zolağında saxlanılmasında iştirak edib. Bundan əlavə, İMQ bəyan edib ki, o, son vaxtlar İsrail hərbçilərinə və dinc sakinlərə hücumlar edib və bununla da atəşkəs rejimini pozaraq HƏMAS-ın döyüş qabiliyyətinin bərpası ilə məşğul olub.
Bildirilib ki, Qabain aviazərbə nəticəsində zərərsizləşdirilib.
İMQ həmçinin bəyan edib ki, zərbədən əvvəl dinc əhali arasında zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb, o cümlədən yüksək dəqiqlikli sursatlardan istifadə edilib və havadan müşahidə aparılıb.