Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail İranın mərkəzi qərargahına zərbə endirib - FOTO

03.03.2026 15:24

İran rəhbərliyinin iqamətgahı – mərkəzi qərargah dağıdılıb.

Primeinfo.az xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib ki, bu kompleks hökumətin ən yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi iclaslara ev sahibliyi edib.

Məlumata görə, bu qərargah İranda ən yaxşı qorunan obyektlərdən biri olub.

Məlumatda deyilir ki, gecə İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatlarından istifadə edərək, İranın ən yüksək rütbəli şəxslərinin olduğu qərargahı vurub.

Qərargahda olan İran rəsmilərinin hamısının öldürüldüyü bildirilib.

Paylaş: