Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimatda dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla təlimata əlavə edilən yeni hissəyə görə, sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda, bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılacaq.
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallarda dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat qərar verildiyi andan dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim ediləcək.
Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 36-cıildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Primeinfo.az verir ki, Əli Əsədov, Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.
“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin Qərarını imzalayıb. Qərara əsasən dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər büdcə təşkilatları məsul olduqları informasiya məkanlarında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrinin “İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası”nın tələblərinə uyğun formalaşdırılmasını təmin etməlidirlər.
“Artıq ikinci dəfə təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır”.
Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb. Nazirlər Kabinetindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.
Baş nazir Əli Əsədov dekabrın 16-da Azərbaycanda səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycanın Rusiyanın müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub.
Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşğabadda Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən “Beynəlxalq sülh və təhlükəsizlik” forumunda çıxışı zamanı deyib. Baş nazir qeyd edib ki, Universitetin işində fəal iştirak etməyə hazırdır: “Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləmiş və “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulub.
Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.