Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: əli əsədov

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir - FOTO

  Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Alimentlə bağlı yeni QAYDA

“Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”ndə dəyişiklik edilib. Primeinfo.az.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına verilən vergiyə və digər icbari ödənişlərə cəlb olunmayan ödənişlərdən aliment tutulmayacaq.

Əli Əsədovdan xüsusi icra məmurlarının ödəniş qaydaları ilə bağlı - QƏRAR

“Xüsusi icra məmurunun standart haqqının və əlavə icra haqqının hesablanması meyarları və hədlərinin, habelə standart haqq üzrə avansın məbləği” müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, standart haqq sabit hissədən və icra hərəkətləri ilə bağlı faktiki xərclərdən ibarət olacaq.

Statistika Şurasının tərkibinə dəyişiklik edildi

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinə dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, şuraya İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini, statistika sektorunun müdiri Ceyhun Rafiq oğlu Həsənov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini, Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Samir Allahverən oğlu Hüseynzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri Abdullayev Cəlal Rövşən oğlu üzv kimi qəbul edilib.

Əli Əsədov rusiyalı həmkarı ilə müzakirə apardı

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb. Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.

Baş nazir XİN kollegiyasının üzvlərinin sayını və tərkibini təsdiqlədi

Baş nazir Əli Əsədov Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayının və tərkibinin təsdiq edilməsi haqqında Qərar imzalayıb. Primeinfo.az xəbər verir ki, Qərarla XİN-in kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir: Kollegiyanın sədri Azərbaycan Respublikasının xarici işlər naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası xarici işlər nazirinin müavinləri “ADA” Universitetinin rektoru Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi. Həmçinin, Qərarla “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarı ləğv edilir.

Əli Əsədovdan Maliyyə Nazirliyinə aid qurumlarla bağlı yeni QƏRAR

Nazirlər Kabineti 6 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib. Primeinfo.az.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, nazirliyə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC siyahıya daxil edilib.

Baş nazir Rusiya Dəmir Yollarının rəhbəri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru – İdarə Heyətinin sədri Oleg Belozyorov ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının cari vəziyyəti və müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub.