Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Abbas Əraqçi

Hakan Fidan Əraqçi ilə nə danışıb? - DETALLAR

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, tərəflər regional məsələləri müzakirə ediblər. XİN rəhbərləri İranla ABŞ arasında gərginliyin azaldılması barədə fikir mübadiləsi aparıblar.

Əraqçi Münhenə dəvət edilmədi

Münhen Təhlükəsizlik Konfransı Almaniya hökumətinin tənqidindən sonra İranın xarici işlər naziri Abbas Əraqçıya göndərdiyi dəvəti geri götürdüyünü açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, bir neçə həftə əvvəl İran hökumətinin ayrı-ayrı nümayəndələrinə dəvətnamələr göndərilib.

Hakan Fidan yenidən Əraqçiyə zəng etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə yenidən telefon danışığı aparıb. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, Hakan Fidan mövcud gərginliyin azaldılması üçün müzakirələrə ehtiyac olduğunu qeyd edib. Qeyd edək ki, bu, Hakan Fidanın son sutkada iranlı həmkarı ilə ikinci telefon danışığıdır.

Əraqçi Uitkoffla danışdı

İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff arasında İrandakı mövcud vəziyyət və gərginliyin azaldılması yolları müzakirə edilib. “TodayBaku” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. İddiaya görə, tərəflər arasında dialoq ötən həftəsonu baş tutub.

Əraqçi: "İranda vəziyyət tamamilə nəzarətə götürülüb"

İranda vəziyyət nəzarətə götürülüb. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi xarici ölkə səfirləri ilə görüşündə deyib. Qeyd edib ki, etirazlar başlayandan – dekabrın 28-dən 30-na qədər etirazlar tamamilə dinc olub və etirazçıların əksəriyyəti ticarətlə məşğul olanlar olub: “Bu müddət ərzində etirazlarçılar dinc yolla öz haqlı tələblərini bəyan edirdilər və etirazlarını ifadə edirdilər.

Əraqçinin xanımı Bibiheybət məscidində – FOTO

Azərbaycanda rəsmi səfərdə olan İran xarici işlər naziri Seyid Abbas Əraqçinin xanımı və qızı, həmçinin İslam Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlarının ailə üzvləri Bibiheybət məscidini ziyarət ediblər. Primeinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, onlara ziyarətgah kompleksinin tarixi barəsində danışılıbb. Qonaqlar İmam Museyi-Kazımın (ə) qızı xanım Həkiməninin (Fatimeyi-Suğranın) (s.ə) məzarını ziyarət ediblər.