İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın mərkəzi səmasında ABŞ-a məxsus ikinci F-35 qırıcı təyyarəsini vurduğunu bəyan edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, SEPAH cümə günü ikinci F-35 qırıcı təyyarəsinin İranın mərkəzi səmasında Aerokosmik Qüvvələrinin yeni qabaqcıl müdafiə sistemi tərəfindən məhv edildiyini açıqlayıb. Bildirilib ki, vurulan qırıcı təyyarə Lakenheath eskadrilyasına məxsusdur.
ABŞ və İsrail qüvvələri İranın Kərəc şəhərində tikilməkdə olan iri körpüyə iki dəfə zərbə endirilib. Primeinfo.az bildirir ki, körpüyə endirilən zərbələr nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. “Əlborz vilayətinin 8 sakini, o cümlədən ərazidən keçən sərnişinlər və onların ailə üzvləri həlak olub, 95 nəfər yaralanıb”, – deyə vilayət qubernatorunun müavini Qodratulla Seyf bildirib.
ABŞ Prezidenti Donald Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib.
Son 30 gündə İranda 11 mindən çox hədəfə zərbə endirilib.
İran hakimiyyəti ABŞ və İsrailin “Haman” adlı yeni hərbi plan hazırladığını iddia edir.
ABŞ-də həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro tərəfdarlarına müraciət edib. Primeinfo.az xəbər verir ki, o, uzun müddət sonra sosial şəbəkədə paylaşım edərək dəstəklərinə görə təşəkkürünü bildirib. O, həyat yoldaşı Siliya Floreslə birlikdə yaxşı, güclü və sakit olduqlarını vurğulayıb.
ABŞ və İsrail İranın cənub-qərbindəki Xuzistan əyalətində iri şirin su anbarına hücum edib.
ABŞ İranın “Buşehr” Atom Elektrik Stansiyası ilə bağlı vəziyyət üzrə heç bir zəmanət vermir. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Moskva bu obyektə zərbələrin yaratdığı təhlükə ilə bağlı öz mövqeyini Vaşinqtona çatdırır.
Türkiyə İran və ABŞ arasında gərginliyin azaldılması və birbaşa danışıqların təşviqi üçün mesajların ötürülməsində vasitəçi rol oynayır. Primeinfo.az Reuters-ə istinadən xəbər verir ki, bunu Türkiyə hakim partiyasının xarici əlaqələr üzrə sədr müavini Harun Armağan bildirib. O, mesajların məzmunu barədə ətraflı açıqlama verməyib, lakin qeyd edib ki, bu mesajlar Körfəz ölkələrinə də çatdırılır.
ABŞ Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün İrana 15 bəndlik sülh planı təqdim edib.