Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ADY

Ötən il ADY ilə ən çox səfər edən sərnişin odur - VİDEO

Ötən il ərzində ADY-nin rayonlararası qatarları ilə ən çox səyahət edən sərnişin Jalə Ələkbərova olub. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, uşaq musiqi məktəbinin müəlliməsi olan Jalə Ələkbərova 2025-ci ildə 144 dəfə Gəncə-Qovlar istiqamətində və geriyə səfər edib.

ADY rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəhbərliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Primeinfo.az bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Bu marşrut üzrə qatarların hərəkət cədvəli dəyişir

21 yanvar tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reys yerinə yetirəcək.

ADY-nin sədr müavini vəzifəsindən azad edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. Primeinfo.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq Sərəncam imzalanıb. İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.

Dəmir yolları gücləndirilmiş iş rejimində çalışır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. ADY-dən Primeinfo.az-a verilən məlumata görə, Qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

ADY 10 milyondan çox sərnişin daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci ildə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 10 milyondan çox sərnişin daşıyıb. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib. Məlumata görə, bu, 2024-cü illə müqayisədə 20 % çoxdur.

Dəniz Limanında yük aşırılmada rekord göstərici qeydə alınıb

AZCON Holding şirkətlərindən olan ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında ötən il 100 min TEU konteynerdən çox yük aşırılaraq limanın tarixində rekord göstəriciyə imza atılıb. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, limanın ADY-yə intreqasiya edildiyi 2024-cü illə müqayisədə 2025-ci ildə müvafiq göstəricidə 40 faizə yaxın artım qeydə alınıb.

Gəncə-Qəbələ qatarı açılır

Yanvarın 12-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayacaq. Primeinfo.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin 2-ci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.

ADY: Yanacaq mənimsəyən iki nəfər həbs edilib    

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib. Belə ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib”. Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Daha iki şəhərə qatarla gedə biləcəyik

“Azərbaycan Dəmir Yolları” QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək. Primeinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, rahat və komfortlu səyahəti təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın günlərdə sərnişinlərin xidmətində olacaq.