Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Azərbaycandan Ukraynaya humanitar yardım göndərilib - FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

Ermənistan enerji sistemini Azərbaycan və Türkiyə ilə sinxronlaşdırmaq niyyətindədir

Ermənistanın enerji sisteminin Türkiyə, Azərbaycan, İran və Gürcüstanla sinxronlaşdırılması mümkündür. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Ermənistan enerji sisteminin qonşu ölkələrlə sinxronlaşdırılması təkcə idxal-ixrac baxımından kommersiya əhəmiyyəti daşımır, həm də sistemə dayanıqlılıq gətirəcək.

"Azərbaycanla müharibə səhifəsi bağlanıb" - Simonyan

Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan “Ermənistan və Azərbaycan arasında müharibə səhifəsi”ni bağlanmış hesab edir. Primeinfo.az xəbər verir ki, Simonyan Factor TV-yə verdiyi müsahibədə bunları deyib: “Hər hansı dramatik hadisələr baş verməsə, düşünürəm ki, bu səhifəni yenidən açmağımız ehtimalı azdır. Mən bu səhifəni bağlanmış hesab edirəm”.

İsveç və Azərbaycan Bakıda ikitərəfli siyasi məsləhətləşmələr keçirib - FOTO

Bu həftə İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tyhberg öz həmkarı Məmməd Talıbov, eləcə də xarici işlər nazirinin müavini Fariz Rzayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə səmərəli görüşlər keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsveç səfirliyindən bildirilib. Qeyd edilib ki, müzakirələr ikitərəfli məsələləri, Ermənistanla sülh və normallaşma prosesini, həmçinin qarşılıqlı maraq doğuran digər regional inkişaf məsələləri əhatə edib.

Azərbaycan-Türkiyə arasında yeni razılaşma: Dəmir yolu sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb. Primeinfo.az xəbər verir ki, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir. Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlanılıb

SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarına satışını həyata keçirərək, Azərbaycanın qaz ixracında növbəti mühüm mərhələyə başlayıb. Belə ki, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadan olan alıcılara təchiz edilir. SOCAR-dan Primeinfo.az-a verilən məlumata görə, İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir.