Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: bəə

Fərid Əhmədov BƏƏ-nin ədliyyə naziri ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan və Qətər arasında Birgə Biznes Şurasının ilk toplantısı baş tutdu -VİDEO

24-25 noyabr 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Tədbirlərdə iştirak etmək üçün Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətinə səfər edib.

Ermənistanla BƏƏ arasında hərbi saziş imzalandı

Ermənistan müdafiə naziri Suren Papikyan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Məhəmməd bin-Rəşid əl-Maktumla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Görüş zamanı Ermənistan və BƏƏ arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.

Prezident Azərbaycan–BƏƏ sazişini təsdiqlədi

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanunu imzalayıb. Qeyd edək ki, sazişin imzalanması 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində baş tutub.

Əli Əsədov Saqr Qobaşla görüşüb - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib.

İlham Əliyev BƏƏ-nin Federal Milli Şurasının sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  Primeinfo.az xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır. 

Bu şirkət Adnan Əhmədzadədən alındı

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətindəki bütün səhmlərini rəsmən itirib. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, Dubayda yerləşən dəniz yanacağı ticarət şirkəti mülkiyyət hüququnu rəsmi olaraq “Oilmar Shipping and Chartering DMCC”nin icraçı komandasına ötürüb və satın alınma prosesi tamamlanıb. Şirkət idarəetmə strukturunu gücləndirmək üçün belə bir addım atıb.