Ermənistan vətəndaş cəmiyyəti sabah Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, Ermənistan hökuməti bu gün keçirilən iclasında qərar qəbul edib. Qərara əsasən, 2025-ci il noyabrın 21-dən 22-dək Bakıda keçiriləcək dairəvi masa müzakirəsinə Ermənistan tərəfindən 5 ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reysinin təşkilinə 17 milyon 550 min dram ayrılması təklif olunub.
Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Primeinfo.az xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb. Primeinfo.az-ın məlumatına görə, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
“Finnair” aviaşirkətinin Banqkok–Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən “Airbus A350” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb. Bu barədə Primeinfo.az-a AZAL-dan bildirilib. Qeyd edilib ki, buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış qəfil problem olub.
Bakıda Şəhər şosesində (Zabrat yolu) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Bildirilib ki, Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud olmayıb.
İtaliyada səfərdə olan Milli Müdafiə Univetsitetinin rektoru general-mayor Gündüz Əbdülov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzini ziyarət edib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə mərkəzin direktoru general-polkovnik Stefano Mannino Azərbaycan nümayəndə heyətini salamlayaraq onları ölkəsində qəbul etməkdən böyük məmnunluq duyduğunu bildirib.
Bakıda “Euronews” telekanalının yerli ofisinin açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David açılış nitqi ilə çıxış edib. Mərasim zamanı “Euronews”un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələri təqdim olunub.
Bakıda avtomobildən kişi meyiti tapılıb. Primeinfo.az Bakupost.az-a istinadla xəbər verir ki, cəsəd Tiflis prospekti, 2 ünvanında – “Araz” marketin qarşısında dayanmış avtomobillərdən birinin içərisində aşkarlanıb. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vəfat edən şəxs “Yango” taksi xidmətində çalışan sürücü olub və istifadə etdiyi avtomobili arendaya götürüb.
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6000 pul və 3600 manat dəyərində mobil telefon oğurlayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.