İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Primeinfo.az xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb. Vəngli kəndinə bu mərhələdə 16 ailə – 76 nəfər köçürülüb.
Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub. Primeinfo.az xəbər verir ki, Horovlu kəndinə 18 ailə – 66 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Keçmiş məcburi köçkünlərin Böyük Qayıdış çərçivəsində azad edilmiş ərazilərə qayıdışını əks etdirən videoçarxların paytaxtın reklam lövhələrində nümayişi ilə bağlı fləşmob keçirilib. Bu barədə Primeinfo.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, fləşmob sakinlər arasında maarifləndirmə işi aparmaq üçün həyata keçirilən təşəbbüsün bir hissəsidir.
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür. Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Bu gü Bu gün növbəti köç karvanı ilə Zəngilanın Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Primeinfo.az xəbər verir ki, kəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Bu gün Xocalı şəhərinə 25 ailə – 136 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə – 189 nəfər yola salınıb.
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaqdır”.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Primeinfo.az xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə (143 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə (219 nəfər) köçürülüb.