Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallager (Paul Richard Gallagher) ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər inkişaf etməkdə olan Azərbaycan-Vatikan münasibətlərini nəzərdən keçirib, konstruktiv dialoqu, qarşılıqlı hörməti və dinlərarası anlaşmanın, eləcə də qlobal sülh təşəbbüslərinin təşviqi istiqamətində fəal əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Primeinfo.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, səfər çərçivəsində 25-27 noyabr tarixlərində nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib. Primeinfo.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə olunub. Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun və Parlamentlərarası əlaqələrin vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.
19 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlətləri XİN başçılarının görüşündə bir sıra məqamlara toxunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə X hesabında yazıb. XİN rəsmisi nazirin bəyanatında önəm verdiyi məsələləri diqqətə çatdırıb: Azərbaycan qardaş Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir; Ölkələrimizi tarixi və mədəni bağlar, ortaq inkişaf hədəfləri, həmçinin bölgəmizdə sülh, sabitlik və rifah üçün ümumi baxış birləşdirir; Müntəzəm yüksək səviyyəli təmaslar etimadı gücləndirir və müttəfiq, strateji tərəfdaşlığımızı daha da yüksəldir; Fəal siyasi və iqtisadi dialoq, hökumətlərarası komissiyalar və yüksək səviyyəli şuralar prioritetlərin müəyyənləşdirilməsində və konkret nəticələrin əldə olunmasında mühüm rol oynayır; Orta Dəhliz və Azərbaycanın limanlara, dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu böyük sərmayələr əlaqəlilikdə əhəmiyyətli rol oynayır; Vaşinqtonda əldə olunmuş, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişlənməsinə töhfə verəcək; Enerji sektorunda, o cümlədən karbohidrogenlər və yaşıl enerji sahəsində hərtərəfli əməkdaşlıq; Qarşılıqlı sərmayələrin genişləndirilməsi, birgə müəssisələrin yaradılması və biznesdən-biznesə daha güclü əlaqələrin qurulması, o cümlədən regional və şəhər səviyyəsində tərəfdaşlıqların dəyəri; Azərbaycan xalqlarımız arasında dostluğu möhkəmləndirmək üçün mədəni və təhsil mübadilələrinin, akademik proqramların və gənclər əməkdaşlığının dərinləşdirilməsinə sadiqdir; İnstitusional əməkdaşlıq formatlarının daha da gücləndirilməsinin və beynəlxalq təşkilatlarda mövqelərin əlaqələndirilməsinin əhəmiyyəti; Azərbaycan bütün bölgə üçün sülhün, tərəfdaşlığın və davamlı, firavan gələcəyin irəlilədilməsi məqsədilə Mərkəzi Asiyadakı tərəfdaşları ilə əməkdaşlığa sadiq qalır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Pakistanın federal ombdusmanı Ecaz Əhməd Qureşini qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-Pakistan münasibətlərinin dostluq və qardaşlıq prinsipləri əsasında dinamik inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası strateji tərəfdaşlığın təşəkkülündə iki ölkənin liderləri arasında yüksək səviyyəli təmasların müstəsna rolu vurğulanıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Banqladeşin ölkədəki qeyri-rezident səfiri Amanul Haqqı qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycanla Banqladeş arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm.
Xarici işlər naziri Ceyhun Bayramov 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın hazırlanması prosesinə dair bir neçə detalı açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib ki, Azərbaycan Prezidenti danışıqlar nəticəsində israrla üç rayondan – Laçın, Kəlbəcər və Ağdamdan dəqiq çıxma tarixi, Üçtərəfli bəyanatın müddətli olması (növbəti beş il müddətinə uzadılmama barədə qərar qəbul etdilər) və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması tələbləri sənədə daxil edilməsinə nail oldu. “Orada məhz “erməni” sözü işlədildi ki, sonra bizlə söz oyunu oynamasınlar.
İkinci Qarabağ müharibəsi zamanı gərginlik baxımından Moskva görüşü digərlərindən fərqlənirdi. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib. Nazir xatırladıb ki, 2020-ci il oktyabrın 8-də Rusiya tərəfi Ermənistanla danışıqların keçirilməsini təkidlə təklif edib: “Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub.