Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 2-də növbəti imtahan keçiriləcək. Primeinfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
Dövlət İmtahan Mərkəzi musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqənin test imtahanı keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
21 oktyabrda Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1624 (taksi – 1550, yükdaşıma – 44, operator – 30) nəfər qeydiyyatdan keçib.
Bu il qəbul imtahanlarında 195 nəfər şəhid və qazi övladı uğur qazanaraq ali məktəblərə qəbul olub. Onlardan 49 nəfəri 500 bal, 9 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib. Primeinfo.az xəbər verir ki, bunu “Peşə seçimi” alətinin təqdimat mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.