Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
DİN sosial şəbəkə profillərini izləməklə bağlı paylaşımlar barədə əhaliyə çağırış edib. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən bildiirlib. Bildirilib ki, sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək adı altında çoxsaylı paylaşımlara rast gəlinir: “İnternet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır.
Dekabrın 20-də və 21-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 61, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 10 fakt müəyyən edilib.
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb: “Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 225, o cümlədən borclu şəxs qismində axtarışda olan 202 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Bakıda narkotik satışını təşkil etməkdə təqsirləndirilən bir ailənin 3 üzvü – Hümbət Cəfərov, Əli Cəfərov və Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hümbət Cəfərov 11 il, Əli Cəfərov 9 il, Şəlalə Cəfərova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Astara rayonu Ərçivan qəsəbəsində arvadını döyərək hadisə yerindən qaçan şəxsə hökm oxunub. Primeinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə 2025-ci il iyulun 23-də baş verib. Belə ki, həmin gün Gülnaz qızı Rabiyə ilə dənizə getmək istədiyi üçün əri Rafiqə mesaj yazıb (adlar şərtidir).
Bakıda evdən 12 400 manat oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Primeinfo.az verilən məlumata görə, Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib.
Son dövrlər sosial şəbəkələrdə “körpələrə yardım”, “fiziki qüsurlu uşaqlara ianə”, “təcili əməliyyat üçün pul lazımdır” kimi çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 264, o cümlədən borclu şəxs qismində axtarışda olan 231 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.