Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: din

Azərbaycana gələnlərin sayı gedənləri ötüb

Bu ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları 1564 nəfər Azərbaycandan gedən qeydə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, daimi yaşamaq üçün isə Azərbaycana gələn 2521 nəfər olub.

Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Primeinfo.az nazirliyə istinadən xəbər verir ki, noyabrın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 6 avtomat silahı, 2 tapança və 2 qumbara aşkar edib. Bununla yanaşı, 2 qumbara alışdırıcısı, 5 tüfəng, 17 patron darağı və 115 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

DİN-dən diplomatik avtomobilin qayda pozmasına münasibət

Daxili İşlər Nazirliyi (DİN) Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur. Məlumata görə, qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.

Azyaşlılara aid pornoqrafik videolar satan şəxslər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “Teleqram” sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı həmin kanalların adminləri – şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılanlar “Telegram” sosial şəbəkəsində kanallar yaradaraq, həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.

Elşad Hacıyev: “600 nəfərin hamısı eyni anda “Hazırıq!” dedilər - FOTO

“Hərbi əməliyyatlar başladığı dövrdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarından 300 nəfərlik xüsusi təyinatlı qrupun seçilməsi tapşırığı verilib”. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev “Facebook” sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, həmin vaxt sırada 600 nəfər xüsusi təyinatlı dayanıb və komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” əmri verib.

Bakıda baş verən qəzaların görüntüləri - VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu gün paytaxtda baş vermiş qəzaların görüntülərini yayıb. Primeinfo.az-a quruma istinadən xəbər verir ki, həmin hadisələr nəticəsində yol infrastukturuna ziyan dəyib. Bildirilib ki, səhər saatlarında paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınan qəzadan da ehtimal olunur ki, sürücü dönmə işığını yandırsa da, digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol-nəqliyyat hadisəsi olub.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Siyəzəndə iki aydır itkin düşən yeniyetmə TAPILDI

Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib. Məlumata görə, Sənan Bəşir oğlu Bəşirov polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

DİN-dən Zəfər Günü ilə bağlı aksiya - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər. Bu barədə  DİN-dən Primeinfo.az-a məlumat verilib. Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib.