DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib. Primeinfo.az xəbər verir ki, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər.
Balakən rayonunda 17 yaşlı qız naməlum şəxslər tərəfindən oğurlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.
Vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri daim təkmilləşdirir. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş Məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb.
Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib.
Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluq hallarının artması ilə bağlı vətəndaşlara növbəti dəfə ciddi xəbərdarlıq edib. Primeinfo.az-a DİN-dən bildirilib ki, texnologiyanın inkişafı ilə dələduzlar da üsullarını dəyişir və daha inandırıcı mesajlarla insanları aldatmağa çalışırlar. “Heç bir halda kart məlumatlarınızı – PIN, CVV, parol, SMS kod və digər şəxsi məlumatları – tanımadığınız şəxslərlə paylaşmayın.
Bakının Suraxanı rayonunda iki nəfər dələduzluqla üzləşdikləri barədə polisə müraciət ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, 27 yaşlı S.Hüseynov saxlanılıb.
Yollarda hərəkət zolağının tez-tez dəyişdirilməsi qəza və sıxlığa səbəb olur. Primeinfo.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə müraciət edib. Qeyd edilib ki, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, hərəkət zolağının gediləcək istiqamət üzrə vaxtında və düzgün seçilməsi, yol nişanlarının tələblərinə ciddi riayət edilməsi sürücü intizamının və yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindəndir: “Təəssüf ki, bəzi hallarda sürücülər tələsik və ya məsuliyyətsiz davranışla zolaqları tez-tez dəyişir, nişanlanmanı və digər iştirakçıları nəzərə almadan hərəkət edir.
Polis kiberdələduzluq halları, şübhəli zənglərlə bağlı vətəndaşlara xəbərdarlıq edib. Primeinfo.az. Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir: “Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib. Primeinfo.az xəbər verir ki, tədbir zamanı qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə olunan rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb.
Sosial şəbəkələrdə bir kişinin qadına zorakılıq göstərməsi ilə bağlı görüntülər yayılıb. Primeinfo.az xəbər verir ki, həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub: “Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.