Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: din

Naxçıvanda şəxs işə düzəltmək adı ilə 50 min pulu mənimsədi - FOTO

Naxçıvanda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib. Primeinfo.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.

Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 267, o cümlədən borclu şəxs qismində axtarışda olan 232 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Bakıda arvadını öldürüb Çinə qaçan şəxs tutuldu - FOTO

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib. DİN əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Kiberpolis qanunsuz onlayn qumar şəbəkəsini ifşa edib

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, kiberpolisin keçirdiyi növbəti əməliyyatlar zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.

Bakıda narkotik vasitə və psixotrop tərkibli həb aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən əməliyyatlar davam etdirilir. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Abşeron və Qaradağ rayonlarında keçirilən növbəti tədbirlər zamanı 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

Bakıda 13 min manatlıq oğurluq olub

Binəqədi rayonunda talama cinayəti baş verib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

10 kiloqram narkotik dövriyyədən çıxarıldı - ƏMƏLİYYAT

Bakıda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.

Turizm şirkətindən 20 min manat oğurlanıb

Turizm şirkətindən 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bu barədəPrimeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb.

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 229, o cümlədən borclu şəxs qismində axtarışda olan 213 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.