Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçiriblər. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev və tanışı, 38 yaşlı Fuad Qurbanovdan 1 kiloqram 500 qram heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan, əvvəllər məhkum olunmuş 44 yaşlı Kamal Xudioğlundan isə 9 kiloqram 130 qram marixuana, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və 1 kiloqramdan artıq tiryək aşkarlanıb.
Buzovna qəsəbəsində gizlədilən silah aşkar edilərək götürülüb. Primeinfo.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirilib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb.
Paytaxtın Binəqədi rayonu ərazisində mebel sexində baş vermiş yanğınla bağlı yolda hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunur.
Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib.
Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN və FHN birgə məlumat yayıb. Bildirilib ki, binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə bayram tonqallarının qalanması ciddi təhlükə yarada bilər: “Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər.
Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb. Naxçıvan DİN-dən Primeinfo.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.
Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Belə ki, naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın olan məişət əşyalarını talayıb.
Martın 13-ü polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat və 19 tüfəng aşkar edib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, silahlardan başqa, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Göygöl rayonunda atasına qarşı xuliqanlıq hərəkətləri etmiş gənc həbs olunub. Primeinfo.az xəbər verir ki, hadisə Göygöl şəhərinin S.Hacıyev küçəsində baş verib. 2005-ci il təvəllüdlü T.Əliyev (şərti) gecə saat 24:00 radələrində uca səslə səs-küy salıb söyüş söydüyünə və atasını döydüyünə görə inzibati məsuliyyətə cəlb edilib.