Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Priminfo.az-a Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib. Görüşdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Fevralın 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb. Primeinfo.az xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlət başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb. Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29 çərçivəsində təşkilati-logistika, substantiv və kommunikasiya sahəsində həyata keçirilmiş işlərə toxunub, həmçinin COP29-da bir sıra tarixi qərarların qəbul edildiyini bildirib.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub.
İsveçrənin Cenevrə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş olub. Primeinfo.az xəbər verir ki, təxminən dörd saat davam edən müzakirələrdən sonra nümayəndə heyətləri danışıqların aparıldığı “Four Seasons” otelini tərk ediblər. Danışıqlarla bağlı mətbuata hələ ki, heç bir açıqlama verilməyib.
Fevralın 26-da elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüşüb. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində Macarıstan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlanıb. Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Ukrayna nümayəndə heyəti Rusiyaya səfər edə bilər. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, onların Moskvada Putinlə görüş keçirməsi müzakirə olunur. Bunun Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesini sürətləndirmək üçün variantlardan biri olduğu qeyd edilir.