Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: görüş

Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb - FOTO

Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb - FOTO

Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub. Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlətimizin başçısının adından Baş naziri ölkəmizə səfərə dəvət edib.

Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər

Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər

Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunub ki, məqsəd müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsidir.

Ağ Evdə Qrenlandiya ilə bağlı mühüm görüş keçirildi

Ağ Evdə Qrenlandiya ilə bağlı mühüm görüş keçirildi

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio Ağ Evdə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt ilə kritik görüşüblər. Primeinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, görüş Prezident Donald Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsi ilə bağlı təzyiqlərini artırdığı bir vaxtda baş tutur.

Uitkoff bu ay yenidən Putinlə görüşə bilər

Uitkoff bu ay yenidən Putinlə görüşə bilər

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Səfərin planlaşdırılması hələ tamamlanmasa da, görüşün bu ay baş tuta biləcəyi bildirilir.

Tramp “Nobel”in sahibi ilə bu tarixdə görüşəcək

Tramp “Nobel”in sahibi ilə bu tarixdə görüşəcək

ABŞ Prezidenti Donald Tramp və Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Vaşinqtonda görüşəcək. Primeinfo.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb. Görüşün cümə axşamı, yanvarın 15-də Ağ Evdə baş tutacağı bildirilir.

Hakan Fidan suriyalı həmkarı ilə bir arada

Hakan Fidan suriyalı həmkarı ilə bir arada

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd Şeybani ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb. Görüşün təfərrüatı açıqlanmayıb.

Leyla Əliyeva Maskatda qurum sədri ilə görüşüb - FOTO

Leyla Əliyeva Maskatda qurum sədri ilə görüşüb - FOTO

Leyla Əliyeva Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri Hayma Al Zari ilə də görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Oman arasında kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və innovasiyayönümlü layihələrin təşviqi məsələləri müzakirə olunub. Leyla Əliyeva Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından və ictimai təşəbbüslərdən danışıb.

Liderlərin görüşəcəyi tarix açıqlandı

Liderlərin görüşəcəyi tarix açıqlandı

“İstəklilər koalisiyası”nın milli təhlükəsizlik müşavirləri səviyyəsində görüşü yanvarın 3-də Ukraynada baş tutacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib. Onun sözlərinə görə, “İstəklilər koalisiyası”nın üzv ölkələrinin liderlərinin görüşü isə yanvarın 6-da Fransada keçiriləcək.