Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. Primeinfo.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var.
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, “Ermitaj” muzeyində keçirilən görüş Sankt-Peterburqda MDB dövlət başçılarının bugünkü qeyri-rəsmi Zirvə toplantısı çərçivəsində baş tutub.
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyəyə səfər edəcəyi ilə bağlı söz verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, Aşqabadda keçirilən görüş zamanı müzakirə olunan mövzulardan biri də növbəti görüşün Türkiyədə keçirilməsi olub.
Prezident İlham Əliyev BƏƏ şirkət rəhbərlərini qəbul edib
Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycanq Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında bildirib. “Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”,-deyə paylaşımda bildirilib.
Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Kiprdən olan həmkarı Konstantinos Kombos ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb. Görüşdə Kiprin 2026-cı ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planlar, eləcə də daha geniş regional vəziyyət müzakirə olunub.
Azərbaycanın Çexiyadakı səfirliyi Karlovı Varıdakı fəxri konsulla birlikdə kurort şəhərində yaşayan həmvətənlərimizlə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə səfirlik “X”dəki rəsmi səhifəsində məlumat yayıb. Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər, eləcə də onların üzləşdiyi problemlər müzakirə olunub.
Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol idarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya idarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb. Səfirlikdən Primeinfo.az-a verilən məlumata görə, ölkəmizin Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov onlara təqdim edilib. Görüşdə, həmçinin ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşnerlə görüşü başlayıb. Primeinfo.az xəbər verir ki, görüş Kremldə keçirilir. Görüşdə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.