Dekabrın 3-də NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşəcəklər. Primeinfo.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Görüşün məqsədi Haaqada iyun ayında keçirilmiş sammitdən sonra əldə olunan irəliləyişi qiymətləndirmək və 7–8 iyul 2026-cı ildə Ankarada keçirilməsi planlaşdırılan növbəti Alians liderləri sammitinə hazırlıqdır.
Ukrayna Prezidenti Volodimir Zelenski Fransada səfərdədir. Primeinfo.az “France 24”ə istinadən xəbər verir ki, Parisdəki Yelisey Sarayında Zelenskini Fransa Prezidenti Emmanuel Makron qarşılayıb. Liderlərin Ukrayna müharibəsi ilə bağlı mövcud vəziyyəti, eləcə də ABŞ Prezidenti Donald Trampın münaqişənin həllinə dair təklif etdiyi sülh planını müzakirə edəcəyi gözlənilir.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb. Nazirlər Kabinetindən Primeinfo.az-a bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb. Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb. Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər: “Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik.
İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarıyıq.
Rusiya 19 noyabrda İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, əgər Stiv Uitkoff və ya Ankara nümayəndələri Zelenski ilə danışıqlarının nəticələri barədə Rusiyanı məlumatlandırmaq istəsələr, Putin söhbətə açıqdır.
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər. Primeinfo.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsədi Xidmətin fəaliyyət istiqamətləri ilə tanışlıq, fövqəladə hallar zamanı tətbiq edilən müasir yanaşmalara dair fikir mübadiləsinin aparılması olub. Görüş zamanı Şura üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarına dair təqdmatı izləyiblər.
3 dekabrda Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək və proqram təsdiqlənəcək.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev və sədrin müavini Samir Poladov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares ilə görüşüb. Bu barədə Primeinfo.az ANAMA-dan məlumat verilib. Bildirilib ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycanın üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə səfirlik nümayəndəsinə ətraflı məlumat verilib.
ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da suriyalı həmkarı Əhməd Şara ilə görüşəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir. Təfərrüat açıqlanmayıb.