Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşü başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında növbəti üçtərəfli danışıqların keçirilməsi barədə razılaşma əldə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Volodimir Zelenski arasında təmaslar yalnız Moskvada mümkündür. Primeinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Zelenski görüş təklif edir, Putin bunun Moskvada mümkün olduğunu bildirib.
Rusiya–Ukrayna münaqişəsinin ilə bağlı Əbu-Dabidə gözlənilən növbəti üçtərəfli danışıqlar təxirə salınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran ətrafında yaranmış vəziyyətlə bağlı üçtərəfli sammit keçirməyi təklif edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Hürriyyet” qəzetinin müəllif yazısında bildirilib. Qeyd edilib ki, bu təklif yanvarın 27-də Türkiyə və ABŞ liderləri arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.
Pakistan və İranın xarici işlər nazirləri, Məhəmməd İshaq Dar və Abbas Araqçi telefon danışığı aparıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi “X” platformasında paylaşım edib. Məlumata görə, danışıqlar zamanı regional və beynəlxalq aktual məsələlər müzakirə olunub.
Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “BlackRock” arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olundu. Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners” arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.