Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

Baş Prokurorluq Qaradağ İH-də həbs edilən şəxslərin siyahısını AÇIQLADI

Qaradağ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Balakən RİH-in sabiq başçısı həbs edildi

Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Primeinfo.az-ın məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib. Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi

Ötən gün DTX-nin əməliyyatı ilə saxlanılmış “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyət.az saytı və Hurriyyət TV-nin baş redaktoru Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Primeinfo.az-a verilən məlumatda deyilir.

Vəkil Zabil Qəhrəmanov həbs edildi

  Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub. Primeinfo.az xəbər verir ki, təqdimata Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb. Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər SAXLANILIB

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib. Primeinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Məşhur aktyor Kıvanç Tatlıtuğun bacısı həbs edilib - FOTO

  Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğ həbs olunub. Primeinfo.az bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir. Məlumata görə, Melisa Dilara Tatlıtuğ keçmiş ərinin yeni sevgilisinə qarşı zorakılıq tətbiq edib.