Dövlət İmtahan Mərkəzi 5 aprel 2026-cı il tarixində inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı imtahanı keçirir. Primeinfo.az xəbər verir ki, bu imtahanda iştirak etmək üçün 1227 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunur.
Bu gün Bakının Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzi tərəfindən apelin 5-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək üçün 1227 namizəd qeydiyyatdan keçib.
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçiriləcək. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Sınaq imtahanında iştirak etmək istəyənlər 1 aprel saat 15:00-dan 9 aprel saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb.
Bu gün Azərbaycanda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
Bu gün (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.
Fevralın 25-i saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Primeinfo.az xəbər verir ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları və 1-10-cu sinifləri əhatə edəcək. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Qeyd edilib ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub. Primeinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, eksternat qaydasında Bakı şəhəri üzrə keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə bir və tam orta təhsil səviyyəsi üzrə bir şagird olmaqla, ümumilikdə iki şagird uğur əldə edib.