Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

İrana zərbələrin ilk görüntüləri - VİDEO

İsrail ordusu İranın qərb hissəsində yerləşən yüzlərlə hərbi hədəfə silsilə zərbələr endirib. “Qafqazinfo” İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən xəbər verir ki, əməliyyat zamanı İranın raket buraxılış qurğuları, sursat anbarları və digər strateji hərbi infrastrukturları daxil olmaqla, ümumilikdə yüzlərlə obyekt vurulub. IDF-in yaydığı rəsmi bəyanatda bildirilir ki, zərbələr İranın İsrailə qarşı planlaşdırdığı mümkün raket hücumlarının qarşısını almaq məqsədilə həyata keçirilən “qabaqlayıcı tədbirlər”in tərkib hissəsidir.

İtaliya öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

İtaliya Xarici İşlər Nazirliyi vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, qurum Yaxın Şərqdə davam edən qeyri-sabit təhlükəsizlik şəraitini nəzərə alaraq bölgədə son dərəcə ehtiyatlı davranmağın vacibliyini vurğulayıb. Bəyanatda bildirilib ki, turizm məqsədilə İranda olan və ya ölkədə qalması zəruri olmayan italyanlar mümkün qədər tez ərazini tərk etməlidirlər.

İranın müdafiə naziri öldürüldü

İsrailin hücumları nəticəsində bu ölkənin müdafiə naziri Əziz Nəsirzadə və Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei həlak olub.

İran da İsrailə zərbə endirdi

İran İsrailə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb. Bildirilib ki, İrandan ölkəyə raket buraxıldığı qeydə alınıb.

Netanyahu bunkerdə rəsmilərlə görüş keçirir

İsrailin Baş naziri Benyamin Netanyahu İrana hücumdan sonra yeraltı bunkerdə ölkənin Müdafiə Nazirliyi və təhlükəsizlik rəsmiləri ilə görüş keçirir. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kan dövlət televiziyasının məlumatına görə, Netanyahu İsrailin İrana qarşı hücum əməliyyatını “Şir nərəsi” adlandırıb.

“İran və İsrailə səfərdən çəkinin” - XİN-dən ÇAĞIRIŞ 

“İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq”.