Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

Bu ölkə İranla əsas əsas nəqliyyat qovşağını bağladı

İranın hava hücumları nəticəsində İraq vətəndaşı öldürüldükdən sonra İraq İranla cənubdakı Şələmçeh sərhəd keçid məntəqəsini bağlayıb. Primeinfo.az xəbər verir ki, bu haqda “Reuters” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. Məsələ ilə bağlı əlavə məlumat verilməyib.

“Tehran bu şərtlərdən narahatdır”

İran İslamabaddakı danışıqlardan imtina etməyib, lakin Tehran Yaxın Şərqdə müharibənin dayandırılması şərtlərindən narahatdır. Primeinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial media platformasında bildirib. Diplomat əlavə edib ki, Amerika mediası İslam Respublikasının danışıqlarla bağlı mövqeyini təhrif edir.

Azərbaycandan İrana növbəti humanitar yardım - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.

İran bu ölkələrə zərbələr endirib

İran ordusu pilotsuz uçuş aparatları ilə İordaniya və Küveytdə ABŞ hərbçilərinin dislokasiya məntəqələrinə, həmçinin Bəhreyndə iri alüminium zavoduna zərbələr endirib. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb. Məlumata görə, İran ordusu bu gün PUA-larla İordaniyada ABŞ ordusunun avadanlıq, təminat anbarına, Küveytdə ABŞ-ın zirehli briqadasının mexanikləşdirilmiş batalyonunun yerləşdiyi “Camp Afifjan” bazasına və Bəhreyndə ABŞ-ın hərbi sənayesinin təchizatçısı olan ən böyük alüminium zavoduna zərbələr endirib.

İsrail və ABŞ Kərəclə Tehranı birləşdirən körpünü vurub - 8 ölü, 95 yaralı - VİDEO

ABŞ və İsrail qüvvələri İranın Kərəc şəhərində tikilməkdə olan iri körpüyə iki dəfə zərbə endirilib. Primeinfo.az bildirir ki, körpüyə endirilən zərbələr nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. “Əlborz vilayətinin 8 sakini, o cümlədən ərazidən keçən sərnişinlər və onların ailə üzvləri həlak olub, 95 nəfər yaralanıb”, – deyə vilayət qubernatorunun müavini Qodratulla Seyf bildirib.